Karantini yoluxmanı azaltmaq üçün deyil, yoluxanlarla sağalanlar arasında stabilləşmə üçün etdik - Yaqut Qarayeva

10 İyul 2020 18:12

Hər bir infeksion xəstəlik insandan-insana yoluxur və bunun qarşısını almaq üçün məsafə lazımdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, ailə içərisində yoluxma varsa, kiçik ocaqlar kimi nəzarətdə saxlanılır: "Biz karantini yoluxmanın sayını azaltmaq üçün deyil, yoluxanlarla sağalanlar arasında stabilləşmə üçün etdik. Bu bizə çarpayı sayını nizamlamağa imkan verdi. Hazırda biz eyniləşmə, sabitlik əldə etmişik".

Milli.Az