Azərbaycan vətəndaşlarına xarici ölkələrə səfərlərdən çəkinmək tövsiyə edilir

10 İyul 2020 17:38

Azərbaycan vətəndaşlarına xarici ölkələrə səfərlərdən çəkinməyi tövsiyə edirik. Əgər xüsusi tibbi və digər ehtiyaclar yoxdursa, xarici ölkələrə səfər etmək tövsiyə olunmur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, koronavirusla bağlı epidemioloji vəziyyət hər an dəyişə bilər və ölkələrin qoyduğu sərt karantin qaydaları vətəndaşlarımızı çətin vəziyyətdə qoya bilər:
"Belə halda vətəndaşlarımızın ölkəyə geri qayıtmasında çətinliklər yarana bilər. Ona görə də yaxşı olar ki, tibbi və ya digər xüsusi zərurət olmadığı halda vətəndaşlarımız xarici ölkələrə səfərlərdən çəkinsinlər".

Milli.Az