"Röya inadkardır, Nuri isə toya baha gedir"

10 İyul 2020 21:44

"7 canlı" proqramında qonaqlara təqdim edilən zərfləri bu dəfə müğənni Emil Bədəlov açıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ona ünvanlanan sualları sənət dostlarına aid edib. O bildirib ki, şou-biznesin ən inadkar ifaçısı Xalq artisti Röya Ayxandır:

"Röya yarım saat üçün toya baha gedir. Nuri Sərinləndirici isə bütöv toyu baha aparır".

Emil "Əvvəllər daha yaxın idik" sözlərini müğənni Natavan Həbibiyə aid edib:

"Əvvəl tez-tez görüşürdük. Sonra ailə qurdu, övladı oldu. İndi başı qarışıb övladına".

Milli.Az