Milli komandaların ən yaxşıları mükafatlandırıldı

19 Dekabr 2011 14:56
Bu gün 2011-ci ildə milli komandaların ən yaxşı oyunçularının mükafatlandırılma mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, AFFA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə futbol üzrə əsas yığmamızın ən yaxşı oyunçusu, ən yaxşı qapıçısı, ilin ən yaxşı qadın, çimərlik futbolçusu və futzalçısı müəyyənləşib.

Həmin siyahı ilə sizləri tanış edirik:

Ən yaxşı futbolçu - Rauf Əliyev ("Qarabağ")
Ən yaxşı qapıçı - Kamran Ağayev ("Xəzər Lənkəran")
Ən çox oyun keçirən futbolçu - Rəşad Sadıqov ("Qarabağ")
Ən yaxşı futzalçı - Vitali Borisov ("Araz")
Ən yaxşı çimərlik futbolçusu - Elvin Quliyev
Ən yaxşı qadın futbolçu - Əminə Heydərova (U-17)

Milli.Az