Kişini toy gecəsi belə aldadırlarmış - Qızların yeni fırıldağı...

10 İyul 2020 13:12

Dünyanın ən məşhur onlayn alış-veriş saytı olan Amazonda satışa çıxarılan məhsul narazılıqlara səbəb olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, hindistanlıların satışa çıxardığı məhsul sayəsində gəlinlər toy gecəsi ərlərini asanlıqla aldada bilərlər.

Belə ki, içərisində qan rəngində maye olan kapsulları qadınlar intim münasibətdən əvvəl cinsiyyət orqanlarına yerləşdirməklə seks vaxtı özlərini bakirəymiş kimi göstərə bilirlər.

"i-virgin" şirkəti tərəfindən satışa çıxarılan məhsulları saxta bakirəlik qanı adıyla təqdim edirlər.

Məhsulun satışı alıcılar, xüsusən də kişilər tərəfindən narazılıqla qarşılanıb. Onlarla şəxs məhsulun "Amazon"dan yığışdırılmasını tələb edirlər.

Milli.Az