Daha bir həkim koronavirusa yoluxdu

9 İyul 2020 18:01

Bakıda koronavirus xəstələri ilə işləyən daha bir həkim virusa yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-reanimotoloqu Elnur Abdulla özü də COVİD-19-a yoluxub. E. Abdullanın bu virusa yoluxması barədə məlumat həkim həmkarları bildirib.

Məlumata görə, o hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur.

Milli.Az