Sərt karantin rayonlarından Oğuza istirahətə gələnlər aşkarlanıb

9 İyul 2020 19:02

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçrilib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən istirahət mərkəzlərində, gündəlik kirayə evlərdə və hotellərdə keçirilən reyd zamanı icazələri olmadan, qaydaları pozaraq sərtləşdirilmiş karantin rejimi elan edilən rayonlardan Oğuza gələrək istirahət edən şəxslər müəyyən edilib.

Onların barələrində qanunauyğun tədbirlər görülüb.

Milli.Az