“Samsung” şirkəti smartfonlar üçün yığcam sterilizator təqdim edəcək

11 İyul 2020 07:51

Cənubi Koreyanın "Samsung" şirkəti smartfonlar üçün sterilizasiya etmək funksiyasına malik simsiz enerjidoldurma qurğusunu çıxarıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətin rəsmiləri iddia edirlər ki, sterilizator 10 dəqiqə ərzində ultrabənövşəyi şüanın köməyi ilə ora yerləşdirilmiş cihazın səthindən bakteriyaların 99%-ni məhv edə bilər.

Şirkətin açıqlamasına əsasən, müvafiq qurğu üçün tələbat dünyada koronavirusla əlaqəli vəziyyətlə bağlıdır. Bu halda qurğunun koronavirus infeksiyası ilə mübarizədə nə dərəcədə səmərəli olduğu haqqında məlumat yoxdur.

Milli.Az