Avtobus sürücüsünü düşürüb sərnişinlərin gözü önündə döydülər - Anbaan VİDEO

9 İyul 2020 16:27

Türkiyədə iki ayrı nəqliyyat şirkətinin sürücüsü arasında sərnişin məsələsinə görə baş verən anlaşılmazlıq nəticəsində dava düşüb.

Milli.Az Sondakika.com-a istinadən xəbər verir ki, Mersin-Silifke istiqamətində sərnişindaşıma ilə məşğul olan sürücülər arasında yaranan problem birinin döyülməsi ilə nəticələnib.

Bir sürücü sərnişinlərin gözü qarşısında digər avtobus sürücüsü tərəfindən amansızcasına döyülüb. Hadisə yerinə çağırılan polislər sürücüləri polis bölməsinə aparıblar.

Bu da hadisənin videosu:

Məhəmməd Vaqif
Milli.Az