Meşədə yapışqan lentlə ağaca bağlanmış kişi meyiti tapıldı

9 İyul 2020 16:39

Meşədə yapışqan lentlə ağaca bağlanmış kişi meyiti aşkarlanıb. Onun üzərində işgəncə əlamətləri olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli tapıntı Rusiyanın Tula vilayətində edilib.

Hadisə ilə bağlı artıq istintaqa başlanılıb. Faktla bağlı "qətl" maddəsi üzrə cinayət işi açılıb.

Məhkəmə-tibbi ekspertizası təyin olunub.

Milli.Az