Koronavirusdan sağalanların sayı 7 milyonu keçdi

9 İyul 2020 14:00

Koronavirusdan sağalanların sayı 7 milyonu keçib.

Milli.Az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, koronavirusa yoluxan 12 milyondan çox insanın 7 milyonu sağalıb. 552515 nəfər isə Covid-19 səbəbindən dünyasını dəyişib.

Bu isə xəstəliyə yoluxanların 50 faizdən çoxunun sağalması deməkdir. Ümumilikdə isə, koronavirusdan ölən insanların sayı gündəlik başqa səbəblərdən ölənlərin sayınının 0,006 faizidir ki, bu da yüksək göstərici deyil.

Xəstəliyin qorxulu olmasına səbəb öldürücülüyü deyil, sürətlə yayılmasıdır. Koronavirusdan ölənlərin də çoxu sırf virusdan deyil, yalnış müalicə, gecikmə, evdə müalicəyə çalışma və başqa səbəblərdən baş verir.

Məlumat üçün bildirək ki, koronavirus infeksiyası ötən ilin noyabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bəxtiyar Umarlı
Milli.Az