Türkiyədə partlayış: ölən və yaralananlar var - YENİLƏNİB

9 İyul 2020 14:05

14:05

Türkiyənin Sakarya vilayətində pirotexnika maddələri daşıyan avtomobil partlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 hərbçi həlak olub. Daha 8 nəfərin yaralandığı deyilir.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Sakaryada pirotexnika fabrikində partlayış baş vermişdi. Həmin hadisədə 4 nəfər həlak olmuş, 114 nəfər yaralanmışdı.

----------
13:22

Türkiyədə partlayış baş verib.

Milli.Az bildirir ki, haberler-in son dəqiqə xəbərinə görə, Türkiyənin Sakarya vilayətində partlayış olub. Taşkısığı qəsəbəsində baş verən partlayış nəticəsində yaralananlar var.

İtkilər və yaralıların sayı barədə məlumat verilmir.

Hadisə yerinə yanğınsöndürmə və təcili yardım briqadası cəlb edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Sakaryanın başqa bir qəsəbəsində də güclü partlayış baş vermişdi.

Bəxtiyar Umarlı
Milli.Az