Suares "Barselona"ya qələbə qazandırdı - VİDEO

9 İyul 2020 11:41

"Barselona" La Liqada növbəti oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu 35-ci turda "Espanyol"u qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Espanyol" - 1:0
Qol: Suares, 56
Qırmızı vərəqələr: Fati, 50 ("Barselona"), Lozano, 53 ("Espanyol")

Bu qələbə ilə xalınə 76-ya yüksəldən Kike Setyenin komandası turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 24 xalla sonuncu pillədə qalan "Espanyol"un isə elitanı tərk edəcəyi rəsmiləşib.

Qeyd edək ki, turnir cədevəlinə  77 xalla (34 oyun) "Real" başçılıq edir. "Atletiko" isə 63 xalla 3-cüdür.

Milli.Az