Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

8 İyul 2020 21:50

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 8-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 355 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 537 230 test aparılıb. Aktiv xəstə sayı 8 542 nəfərdir, onlardan 317 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az