Koronavirusa yoluxmuş aparıcısı sağaldı

8 İyul 2020 20:24

AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə aparıcı Ülfət Rəhim özüm məlumat verib.

O qeyd edib ki, artıq xeyli müddətdir evdədir. Müalicəm tam başa çatıb, analizlərin cavabları da gözəl çıxıb.

AzTv-dən bildirilib ki, AzTV-nin COVID-19-a yoluxmuş əməkdaşlarının vəziyyəti hazırda yaxşıdır. Onların hər biri ilə QSC tərəfindən əlaqə yaradılır, vəziyyətləri, səhhətləri ilə maraqlanılır, hər hansı ehtiyaclarının olub-olmadığı öyrənilir:

"Əməkdaşlarımızdan bəziləri artıq sağalaraq evə buraxılıb, bəzilərinin isə müalicəsi davam etdirilir".

Milli.Az