Bakıda “Mercedes” yanıb

8 İyul 2020 20:14

Bakı şəhərinin Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az