Tanınmış musiqiçi belə həbs edildi - ƏMƏLİYYAT VİDEOSU

8 İyul 2020 17:04

Mədəniyyət Nazirliyi nəzdində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrının bədii rəhbəri Lütfi Qədirovun ifşa edilməsi ilə bağlı əməliyyatın videogörüntüləri yayılıb. Milli.Az xəbər verir ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan Lütfi Qədirov törətdikləri cinayətləri etiraf edib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə L. Qədirov barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az