Sosial şəbəkələrdə "Milli Şura"nın qeybətxana şousu davam edir.
Milli.Az bildirir ki, onlar bu dəfəki söhbətlərində bir-birlərinə etiraz ediblər.
Milli Şuranın videokonfransında Əli Kərimlinin Rahim Hacıyev tərəfindən "zəmanəmizin Rəsulzadəsi" elan edilməsi iddiasına Cəmil Həsənli və Vidadi Mirkamal etiraz edib.
Bir-birlərini tərifləməyə etiraz edən "Milli Şura" üzvləri guya bu yolla dəyər itirdiklərini deyiblər.
Qənimət Zahidin Əli Kərimliyə qarşı şiddətin təşkilinin ona, AXCP yə və Milli Şuraya dividendlər qazandırdığı, onların təbliğatına kömək etdiyini də etiraf ediblər.
Milli.Az