Koronavirusa yoluxan bacı-qardaş sağaldı - FOTO

8 İyul 2020 17:15

Koronavirusdan müalicə alan jurnalistlər sağalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Alçina Amilqızı məlumat verib.

O bildirib ki, ötən həftə COVID-19-a yoluxan, bacı-qardaş olan jurnalistlər müalicələrini başa vuraraq evə buraxılıblar:

"Koronavirusdan müalicə alan bacı-qardaş həmkarlarımız - "Palitra" qəzetinin əməkdaşı Nigar Abdullayeva, "Cebhe.info" xəbər portalı və "Cümhuriyət" qəzetinin müxbiri Müşfiq Abdulla, eyni zamanda, onun həyat yoldaşı Gülşən Abdullayeva sağalaraq müalicə aldıqları xəstəxanadan evə buraxılıblar".

Milli.Az