Koronavirusa yoluxan deputat Sahib Alıyev xəstəxanadan buraxılıb.
Milli.Az xəbər verir ki, deputat APA-ya açıqlamasında bildirib ki, səhhəti yaxşıdır, 4 gün əvvəl xəstəxanadan evə buraxılıb.
"Artıq 4 gündür ki, müalicəmi evdə davam etdiririk. Müalicə hələ 3 həftə ərzində davam edəcək. Ailə üzvlərimdən, sadəcə, həyat yoldaşımda virus aşkarlanmışdı. O da virusu simptomsuz keçirir, vəziyyəti yaxşıdır", - deputat bildirib.
Milli.Az