Məşhur futbolçu karyerasını bitirib

8 İyul 2020 11:06

Almaniyanın "Verder" futbol klubunun hücumçusu Klaudio Pisarro karyerasını bitirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 41 yaşlı futbolçu qərarını "Haydenhaym"la pley-off oyunundan (2:2) sonra açıqlayıb.

Qeyd edək ki, Peru millisinin sabiq üzvü "Çelsi" və "Bavariya" kimi klubların da şərəfini qoruyub.

Milli.Az