Sabiq rektor vəfat edib

7 İyul 2020 23:12

Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, iqtisad elmləri doktoru, professor Fuad Nəsrullah oğlu Ələsgərov dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov bildirib.

Mərhum F.Ələsgərov 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

Allah rəhmət eləsin.

Milli.Az