Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

7 İyul 2020 22:09

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 7-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 102 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 529 875 test aparılıb. Aktiv xəstə sayı 8 474 nəfərdir, onlardan 334 nəfər reanimasiyadadır, 60 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az