Tvitter bu hesabları birdəfəlik bağladı

9 İyul 2020 23:50

Tvitter Türkiyə və Qətərin əleyhinə paylaşımlar edən Birləşmiş Ərəb Əmirliklərindən yönləndirilən bir neçə hesabı bağlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, araşdırmalar nəticəsində sözügedən 19 hesabın keçən il müxtəlif adlarla 90-dan çox məqalə yayımladıqları məlum olub.

Özlərini mütəxəssis kimi təqdim edən hesab sahiblərinin BƏƏ tərəfindən yönləndirildiyi ortaya çıxıb. Hesab sahiblərinin Türkiyənin Liviyadakı rolundan narahat olduqları da sübut edilib.

Milli.Az