Kibercinayətlərin sayı niyə hədsiz artıb?

9 İyul 2020 23:10

Yeni növ koronavirus infeksiyası zamanı kibercinayətlərin sayının artması standart mövsümi göstəriciləri üstələyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu beynəlxalq Qrup-İB şirkətinin baş direktoru İlya Sachkov deyib.

O bildirib ki, yanvar-aprel ayları arasında kibercinayətkarlığın sayı 82,4% təşkil edib.

Eyni zamanda ekspertə görə, cinayətlərin əksəriyyəti maliyyə fırıldaqları ilə bağlıdır.

Milli.Az