"Məni zorla ərə verirlər" deyərək polisdən kömək istəyən qızdan ŞOK SÖZLƏR - VİDEO

7 İyul 2020 15:12

Türkiyənin Adana şəhərində nikah masasından ağlayaraq polisə zəng edib "Məni zorla ərə verirlər, kömək edin" dediyi iddia edilən gənc qız, ifadəsi zamanı söylədikləri ilə təəccübləndirib. 

Milli.Az Sondakika.com-a istinadən xəbər verir ki, polisə zəng edib kömək istəyərkən "Əsgərlikdə sevdiyim var, onunla evlənmək istəyirəm" deyən gənc qız ifadəsində hər kəsi məəttəl qoyub.

İlk ifadəsində anasının imkanı yaxşı olduğu üçün uzaqdan bir qohumu ilə təhdidlə evləndirmək istəndiyini, bir gün sonra isə ifadəsini dəyişdirərək polisə zəng etmədiyini, rəfiqəsinin yığdığını, o gün nə etdiyini xatırlamadığını, zorla ərə verilmədiyini söyləyib:

"Nikah günü mən rəfiqələrimə özümü pis hiss etdiyimi dedim. Rəfiqələrimdən biri bunu yanlış anlayaraq ərə getmək istəmədiyimi düşünüb polisə zəng etmiş ola bilər. Nişanlımla da heç bir problemimi yoxdur. Nişanlım mənə təzyiq göstərmədi".

Qızın anası A.B isə ifadəsində "Qızım 6 ay öncə öz istəyiylə mənim uzaq qohumum olan M.T. ilə nişanlandı. Mən qızımı məcbur etmədim, hər şey öz razılığı ilə baş verib" deyib.

Məhəmməd Vaqif
Milli.Az