Bakıda əcnəbi vətəndaşın bahalı velosipedi oğurlanıb

7 İyul 2020 15:18

Bakıda əcnəbi vətəndaşın bahalı velosipedi oğurlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Yasamal rayonundakı "Melissa Park" yaşayış kompleksinin yeraltı dayancağında baş verib. İran vətəndaşı Molla Cəfəri Duiabiyə məxsus 870 manat dəyərində velosiped dayanacaqdan oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az