Pişik sahibinin yarasını yaladı, qadın öldü - FOTO

7 İyul 2020 11:24

Pişik ev sahibinin ölümünə səbəb olub.

Bu barədə məlumatı Mirror nəşr yayıb. Məlumatda bildirilir ki, pişiyin ev sahibi yuxudaykən onun yarasını yalaması nəticəsində tüpürcəyindən keçən bakteriya qana düşüb və qadının qanı zəhərlənib. 9 gün komada qalan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Avstraliyanın paytaxtı Melburn şəhərində baş verib. Qadının ölümü barədə məlumatı övladları təsdiqləyib və onun ölümündə pişiyi günahlandırıblar.

Həkimlər də qadının bu səbəbdən öldüyünü təsdiqləyib və ev heyvanı saxlayan şəxsləri diqqətli olmağa çağırıblar.

Emin
Milli.Az