Pələng hər kəsin gözü önündə baxıcısını PARÇALADI - FOTO

8 İyul 2020 03:30

İsveçrə zooparkında dəhşətli hadisə baş verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, İsveçrənin Zürih şəhərində zooparka gələn insanlar dəhşətli hadisəyə şahidlik ediblər. İrina adlı heyvan təlimçisi pələngin qəfəsinə girdiyi an vəhşi heyvan ona hücum edərək parçalayıb. Zooparkın digər işçiləri qadını pələngin əlindən alsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Zooparkın müdürü Severin Dressen bu barədə açıqlama verərək pələngin indiyə qədər aqressiv davranmadığını deyib. ''Pələng beş ildir ki, zooparkdadır. İndiyədək heç bir təlimçisinə hücum etməsinin şahidi olmamışıq. O, hazırda baytar nəzarəti altındadır. Hadisə şahidi olmuş insanlara da psixoloji yardım göstəriləcək'' - deyə, o qeyd edib.  

Milli.Az