Sabirabadda gənc oğlan elektrik vurmasından ölüb

7 İyul 2020 10:54

Sabirabad rayonunda gənc oğlanı elektrik enerjisi vurub öldürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Paşazadə Kamran Vidadi oğlunu su nasosunu nizamlayarkən elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az