“Sauthempton” – “Mançester Siti” matçında rekord

7 İyul 2020 08:23

Futbol üzrə İngiltərə çempionatının 33-cü turunda keçirilən "Sauthempton" - "Mançester Siti" matçı tarixə düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, BBC-də yayımlanan görüşü 5 milyon 700 min insan izləyib. Bu isə Premyer Liqa tarixində televiziyadan ən çox izlənən matç olub.

Qeyd edək ki, sözügedən qarşılaşmada "Mançester Siti" rəqibinə 0:1 hesabı ilə uduzub.

Milli.Az