Mandzukiç “Əl-Duhail”dən ayrılıb

7 İyul 2020 08:13

Futbol üzrə Xorvatiya yığmasının sabiq üzvü Mario Mandzukiç Qətərin "Əl-Duhail" klubundan ayrılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat yayıb. O, klubla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini bildirib.

Qeyd edək ki, Mandzukiç "Əl-Duhail"ə 2019-cu ilin dekabrında "Yuventus"dan transfer olunmuşdu. O, bu komandada 7 oyuna cəmi 1 qol vurub.

Milli.Az