Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

6 İyul 2020 21:30

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 6-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 240 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 522 733 test aparılıb. Aktiv xəstə sayı 8 397 nəfərdir, onlardan 343 nəfər reanimasiyadadır, 60 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az