Belarus klubunun 10 futbolçusu COVID-19-a yoluxdu

6 İyul 2020 21:12

Belarusun "Dinamo" (Brest) futbol klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, klubda 15 nəfərin testi müsbət nəticələnib.

Onlardan 10-nun futbolçu olduğu açıqlanıb.

Qeyd edək ki, "Dinamo" (Brest) futbol klubu 16 turdan sonra 26 xalla Belarus çempionatının turnir cədvəlində beşinci sırada qərarlaşıb.

Milli.Az