Almaniya şirkəti Azərbaycana koronavirusun müəyyənləşdirilməsi üçün testlər ixrac etmək niyyətindədir.
Milli.Az xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) APA-ya verilən məlumata görə, Almaniyanın "BİOTYPE Gmbh" müəssisəsi tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyasının müəyyən olunması üçün istehsal etdiyi testlərin satışı ilə əlaqədar əməkdaşlıq təklifi daxil olub.
Sahibkarlar müəssisə barədə ətraflı məlumat əldə etmək üçün Fonda müraciət edə bilərlər.
Milli.Az