"Heç kimin cürəti çatmaz bunu mənə etməyə" - Ərinin xəyanətini bağışlamayan Aynur Dadaşova - FOTO

6 İyul 2020 17:43

"İkinci dəfə səni sənətdən kim uzaqlaşdıra bilər?"

Milli.Az xəbər verir ki, bu sualla Zaur Kamal "5/5"də Aynur Dadaşovaya müraciət edib.

Xanım müğənni artıq qarşsına səd çəkəcək elə bir insanın olmadığını bildirib:

"Heç vaxt heç kimin cürəti çatmaz, gücü çatmaz. İnsan özü bilməz sabah nə yaşayacaq, onu Allah bilər. Yalnız özüm istəyərəmsə deyərəm ki, yoruldum artıq. Bir iş quraramsa, bir işim olarsa deyərəm ki, artıq bəsdir, bu qədər. İkinci dəfə o qadağanı mənə ancaq özüm qoya bilərəm".

Qeyd edək ki, illərdir sənətdən uzaq düşən Aynur Dadaşovanın səhnədən uzaqlaşmasının səbəbi həyat yoldaşı olub. Lakin müğənni dəfələrlə həyat yoldaşının xəyanəti ilə üzləşdiyini görüncə ondan ayrılmaq qərarına gəlib. Cütlüyün bir qız, bir oğlu var. Qızı müğənni ilə qalsa da, hazırda 16 yaşı olan oğlu 3 il əvvəl atası ilə yaşamağı seçib. 

Məhəmməd Vaqif
Milli.Az