Həbs edilənlərdən biri Safuranın atası imiş - FOTO

6 İyul 2020 16:14

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatın nəticəsində nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlardan biri - Səlim Əlizadə "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır.

O,  vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir. 

Xatırladaq ki, Safura Əlizadə mərhum Sənaye və Energetika naziri Natiq Əliyevin gəlinidir.

Milli.Az