Angela Merkel öz populyarlığını qoruyub saxlayıb

6 İyul 2020 20:14

Almaniyada aparılan sosial sorğunun nəticələrinə görə, almanların üçdə ikisindən çoxu, daha dəqiq desək, rəyi soruşulanların 71 faizi Angela Merkelin kansler postundakı fəaliyyətindən məmnunluqlarını ifadə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Merkel federal hökumət başçısı postunda olduğu bütün bu illər ərzində liderlik mövqeyini əlindən verməyib. Hazırkı reytinq siyahısında ikinci yerdə Maliyyə naziri Olaf Şolts, üçüncü yerdə isə Səhiyyə naziri Yens Şpan qərarlaşıb.

Əhali üçün indi ən mühüm mövzu iqlimin qorunması və koronavirusla mübarizədir. Respondentlərin 85 faizi pandemiya səbəbindən əhalinin sıx toplandığı yerlərdən uzaq durur, 57 faizi isə yay məzuniyyətini evdə keçirməyi planlaşdırır.

Almanların yarısı infeksiyanın ikinci dalğasından ehtiyat edir. Bəzi proqnozlara görə bu, yayın sonunda -payızın əvvəlində gözlənilir.

Milli.Az