İsmayıllıda yük maşını aşıb, qadın sürücü ölüb - FOTO

6 İyul 2020 15:19

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün İsmayıllı-İvanovka yolunda qeydə alınıb. Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynova Cəmalə Ruman qızı idarə etdiyi "Ford Tranzit" markalı, 99-BO-457 dövlət nömrə nişanlı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü ölüb. Avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Babazadə Sahil Muxtar oğlu yüngül xəsarət alıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az