İsmayıl Babayev 20 sutkalıq həbs edildi

6 İyul 2020 14:34

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq oteldə istirahət edən zaman "İnstagram" hesabından jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat XidmətiTrend-ə faktı təsdiqləyib.

Milli.Az