Karantin qaydalarını pozduğu deyilən hotellə bağlı polisdən açıqlama

6 İyul 2020 15:29

Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində "Aysberq" otelinin xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərməsi barədə sosial şəbəkələrdə yayılan görüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

İdarədən Milli.Az-a verilən məlumatda bildirilir ki, Səbail RPİ əməkdaşları tərəfindın qeyd olunan otelə baxış keçilib, qadağan olunan xidmət sahələri - idman, hovuz, restoranın fəaliyyət göstərmədiyi məlum olub. Həmin fotoşəkil 2017-ci ildə çəkilib.

Milli.Az