Cəbhəboyu zonada gecə təlimləri keçirilib - VİDEO

6 İyul 2020 13:39

Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlimlər çərçivəsində bölmələr gecə vaxtı müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər.

Təlimlərə cəlb edilən bölmələr müxtəlif təyinatlı silahlardan atışlar icra edərək şərti düşmən hədəflərini məhv ediblər.

Milli.Az