Ennio Morrikone vəfat etdi

6 İyul 2020 10:57

Dünya şöhrətli bəstəkar, aranjimançı və dirijor vəfat edib.

Milli.Az sputniknews-a istinadla xəbər verir ki, İtalyanın məşhur bəstəkarı Ennio Morrikone 91 yaşında dünyasını dəyişib.

O, kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə məşhurlaşıb. Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007-ci ilin "Oskar" mükafatının laureatı olub. Sercio Leon tərəfindən çəkilmiş "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım hec kimdir" (1973) filmlərinə yaratdığı musiqiyə görə Ennio bütün dünyada məşhurlaşıb.

Bəxtiyar Umarlı
Milli.Az