2 polis əməkdaşı koronavirusdan vəfat edib

6 İyul 2020 10:41

Azərbaycanda koronavirusdan ölənlər arasında polis əməkdaşları da var

Milli.Az Trend-ə istinadən xəbər verir ki, COVİD-19-dan müalicə olunan 2 polis əməkdaşı dünyasını dəyişib. Onlardan biri iyulun 1-də, digəri isə iyulun 4-də vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktla bağlı məlumatı Trend-ə təsdiqləyib.

Milli.Az