Rusiya Premyer Liqasında qalib müəyyənləşdi

6 İyul 2020 12:59

Rusiya Premyer Liqasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, ötən mövsümün də qalibi olan "Zenit"dir. Sankt-Peterburq təmsilçisi 26-cı turda "Krasnodar"a 4:2 hesabı ilə qalib gələrək xalını 62-yə çatdırıb və ən yaxın izləyicisi "Lokomotiv"lə xal fərqini 13-ə yüksəldib. Bununla da komanda turnirin bitməsinə 4 tur qalmış çempionluğu rəsmiləşdirib.

Bu, "Zenit"in ardıcıl 2-ci, ümumilikdə isə 6-cı çempionluğu olub.

Milli.Az