Qazaxda kombayn yanıb

6 İyul 2020 09:05

Qazax rayonunun Daş Salahlı kəndində "QEDEİR" markalı kombaynın salonu və mühərrik hissəsi qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, kombaynın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az