Əl jestlərini nitqə çevirən simsiz əlcək

12 İyul 2020 22:20

Alimlər işarə dilindən adi dilə tərcümə edən yüngül və elastiki əlcək hazırlayıb. Sistem, bu və ya digər səbəbdən danışa bilməyən insanlar üçün həyatı daha rahat edə biləcək. Yeni ixtira Neyçə Elektroniks jurnalında dərc olunan elmi məqalədə təsvir edilib.

Mühəndislər tərəfindən hazırlanan yeni ixtirada nazik və rahat əlcəklərdə quraşdırılmış elastik sensorlar on barmağın hər birinin hərəkətini izləyir. Tərcümə sisteminə üzə fiksə edilən iki sensor da daxildir: biri qaşlar arasında, digəri isə ağız tərəfində yerləşdirilir. Məsələ bundadır ki, üz ifadələri (Amslena) Amerika dil jestinin hissəsidir. Hərəkətlər haqqında məlumat, ölçüsü 2,5 santimetr olan çiplərə göndərilir. Çiplər, alınan məlumatı simsiz rabitə vasitəsi ilə, smartfonda qurulmuş süni intellekt tətbiqinə ötürür. Nəticədə jest nitqi real vaxtda səsə çevrilir. Sınaqda görmə qabiliyyətini itirmiş dörd könüllü iştirak edib. Latın əlifbasının bütün hərflərini, 0-dan 9-a qədər rəqəmləri, eləcə də bütöv söz və ifadələri bildirən 660 jest istifadə edilib. Qurğu çıxışı adi Amerika ingilis dilinə tərcümə edib. Məlum olub ki, proqram 99% hallarda jestləri düzgün şərh edir, onların hər birini oxumaq üçün bir saniyədən az vaxt sərf edir. Mühəndislər 660 simvolun yalnız başlanğıc olduğunu düşünür. Gələcəkdə kommersiya cihaz modelləri daha da təkmilləşdiriləcək.

Milli.Az