Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

5 İyul 2020 18:20

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Milli.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər isə vəfat edib.

Milli.Az