Malaziyada müsəlmanlara bu tətbiqdən istifadə qadağan olunub

7 İyul 2020 23:20

Malayziya müsəlmanlarına FaceApp tətbiqinin istifadəsi qadağan olunub.

Milli.Az ted.az-a istinadən bildirir ki, Malayziya müftisi FaceApp tətbiqindən istifadənin günah olduğunu deyib.

"Bu tətbiq Allahın yaratdığı bəndələri dəyişdirir", - deyə o bildirib.

Müftinin sözlərinı görə, FaceApp-də cinsi dəyişiklik funksiyası digər insanları çaşdıra və şəxsin nüfuzunu poza bilər. Eyni məqam yaş dəyişikliyi funksiyasına da aiddir: insanlar gələcəkdə necə görünəcəklərini bilmir və bilməməlidirlər.

Qeyd edək ki, FaceApp Malayziya müsəlmanları üçün qadağan edilən ilk tətbiq deyil. 2016-cı ildə orada "Pokemon Go" oyunu da qadağan edilib. Bunun səbəbi oyunda "yırtıcıların" oyunçu tərəfindən "ovlanmağı" idi. Hökümətin fikrincə, məhz bu məqam yeniyetmələrə və uşaqlara mənfi təsir göstərə bilərdi.

Milli.Az