Tvitlərə düzəliş funksiyası gəlir: Tvitterdən maraqlı ŞƏRT

7 İyul 2020 23:40

Tvitter çox uzun müddətdir gözlənilən funksiyanı aktivləşdirməyə hazırlaşır.

Milli.Az ted.az-a istinadən bildirir ki, platforma rəsmiləri paylaşılan tvitlərə düzəliş xüsusiyyətini əlavə etməyi planlaşdırırlar.

Açıqlamada bildirilir ki, bunun üçün istifadəçilər bir şərtə əməl etməlidirlər.

Belə ki, funksiyanın aktivləşdirilməsi üçün hamının tibbi maska taxmağı vacibdir.

Çünki ilin əvvəlindən bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Virusun yayılmasının qarşısının alınmasında isə əsas silah tibbi maskadan istifadədir.

Bu açıqlama ilə Tvitter rəhbərliyi həm də sosial mesaj verməyə çalışır. İstifadəçilərə isə gözləmək və məsuliyyətli davranmaq qalır.

Milli.Az